Şəkidə çoban intihar etdi

HADİSƏ 09 fev 2021, 13:16
Şəkidə intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndində qeydə alınıb.

Belə ki, Oğuz rayonunun Qarabulaq kənd sakini, 1989-cu il təvəllüdlü Rameş Elcan oğlu Babayevin meyiti Sarıca kəndində yol kənarında ağacdan asılı vəziyyətdə aşkar edilib.

32 yaşlı Rameş Babayevin Sarıca kəndi ərazisində təsərrüfatların birində çoban işlədiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top