Abşeron məktəblərində koronavirusa görə nəzarət gücləndirildi — FOTOLAR

SOSİAL 08 fev 2021, 10:24
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstərişi ilə rayon ərazisində fəaliyyət göstərən məktəblərin 1 fevralda fəaliyyətə başlaması ilə əlaqədar monitorinqlər keçirilib.

Demokrat.az xəbər verir ki, məktəblərdə kiçik təmir-bərpa işləri aparılıb, sinif otaqları səliqəyə salınıb, partalar ara məsafəsinə uyğun olaraq düzülüb. 

Dezinfeksiya və deratizasiya işləri aparılıb. Məktəblərin istilik sistemi yoxlanılıb, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılıb.

Rayonun 40 təhsil müəssisəsində 67 min şagirddən 29 min şagird kontingenti əyani təhsilə cəlb edilib. Pedaqoji kollektiv və texniki işçi heyəti pandemiya qaydalarına uyğun olaraq işə mərhələli şəkildə cəlb olunub.

Bütün məktəblərdə sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət gücləndirilib. Belə ki, dərs prosesi başlamazdan öncə şagirdlərin hərarəti ölçülür, siniflərə daxil olarkən ara məsafəsi gözlənilir, əlləri dezinfektiv məhlullarla dezinfeksiya edilir, tənəffüslər arası sinif otaqlarının havası dəyişdirilir və döşəmə dezinfeksiya edici məhlullarla silinir.

 





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top