Masallıda yol qəzası: 5 nəfər xəsarət aldı

HADİSƏ 07 fev 2021, 22:36
Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az “
Report”a istinadən xəbər verir ki, Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı biri azyaşlı olmaqla beş nəfər xəsarət alıb. Onlardan da ikisi qadındır.

Vəziyyəti daha ağır olan iki nəfər təcili tibbi yardım avtomobili ilə, digərləri isə şəxsi avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top