Maradonanın psixiatrı səhlənkarlıqda günahlandırılır

İDMAN 06 fev 2021, 21:17
Dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən psixiatr Aqustina Kosaçov səhlənkarlıqda günahlandırılıb.

"Report" "EFE"yə istinadən xəbər verir ki, 2020-ci il oktyabrın 20-də Maradonanın sağlamlıq vəziyyəti haqqında psixiatr tərəfindən tərtib olunan hesabat prokurorluğun diqqətini cəlb edib.

Prokurorluq Maradonanın mütəxəssisə müraciət etmədiyindən və hesabatdakı məlumatların həqiqətə uyğun olmadığından şübhələnir. Psixiatrın vəkili məlumatı təkzib edib, ancaq tibbi sənədin tarixi ilə bağlı səhv ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top