Azad edilmiş ərazilərdəki xüsusi nümayəndələrə dövlət qulluqçusu statusu veriləcək

DAXİLİ SİYASƏT 05 fev 2021, 18:54
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.

Demokrat.az xəbər verir ki, iclasın gündəliyinə "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi məsələsi salınıb.

Müzakirələr zamanı bildirlib ki, qanun layihəsində inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilir və bu bölməyə yeni vəzifələr əlavə edilir.


Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top