Təcili yardım maşını qəzaya düşdü, xəstə yaralandı

HADİSƏ 04 fev 2021, 15:58
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. 

Belə ki, Ağdaş rayon sakini Rasim Rəsulovun idarə etdiyi Təcili Yardım Maşını Mingəçevir şəhər sakini, Orxan Muradovun sürdüyü “Lada-Priora” markalı minik avtomobili  ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə xəsarət alıblar. Həmin şəxslər şəhər xəstəxanasına yerləşdiriliblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top