Moskvaya gedən ermənilər deportasiya edildi

HADİSƏ 03 fev 2021, 21:22
Moskvaya gedən bəzi erməni vətəndaşlar Covid testi ilə əlaqədar problemlər üzündən Ermənistana geri göndərilib. 

Bu barədə Tert.am saytı məlumat yayıb.

“Biz ilk reyslə Moskvaya uçduq, keçid məntəqəsində Covid üçün apardığımız testin qanunsuz olduğunu söyləyərək irəli getməyimiz qadağan edildi və nəticədə deportasiya edildik. Nə olduğunu soruşanda mənə qanunsuz bir kağızla Rusiya Federasiyasının sərhədini keçə bilməyəcəyimi dedilər. Üç gün bizi ac saxladılar, yalnız su içirdik” -deyə Ermənistana deportasiya edilən vətəndaşlardan biri bildirib.

Ermənilərin sözlərinə görə, ölkədən çıxışın təsdiqi QR kodu ilə olmalı imiş, lakin Rusiya ilə sərhəddə sənədin saxtalaşdırıldığı bildirilib. 

Deportasiya edilən ermənilər qeyd edib ki, onların göndərilmə məsələlərini həll etmələrini, həmçinin biletlərə xərclədikləri pulu geri qaytarmağı tələb edirlər, - deyə Tert.am yazır./Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top