MHP-nin Şuşada tikdirəcəyi məktəb necə olacaq?

QARABAĞ 02 fev 2021, 15:59
“Şuşada tikiləcək məktəb Şuşanın arxitekturasına, memarlığına uyğun şəkildə layihələndiriləcək və Azərbaycanın Təhsil Nazirliyinə təqdim ediləcək. Məktəbdə 11 illik təhsil nəzərdə tutulur”.

Demokrat.az xəbər verir ki, bu sözləri Bakıda keçirdiyi brifinqdə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakaya deyib.

O bildirib ki, MHP başqanı Dövlət Bağçalının Şuşada məktəb tikməklə bağlı ideyasının məqsədi örnək olmaqdır.

Onun sözlərinə görə, bu, işğaldan azad edilmiş digər ərazilərdə də məktəblərin tikintisinə zəmin yarada bilər.

Xatırladaq ki, fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Mevlüt Karakayanı qəbul edib.

Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top