Siyəzəndə şəhid anası dəfndən əvvəl qurban kəsdi — FOTO

HADİSƏ 31 yan 2021, 18:49
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayev Siyəzəndə dəfn edilib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.

Şəhidin anası oğlunun cəsədi tapıldığı üçün qurban kəsib.

Allah rəhmət eləsin!





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top