Hadisə

Mikroavtobus yük maşını ilə toqquşdu

Mikroavtobus yük maşını ilə toqquşdu

Goranboy rayonunda ağır yol qəzası olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, mikroavtobusun yük maşınına çarpılması nəticəsində 1976-cı il təvəllüdlü, Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib.

Daha iki nəfər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az