Rusiya XİN: BMT Qarabağa missiya göndərəcək


QARABAĞ 28 yan 2021, 17:49
BMT Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyası göndərəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Dağlıq Qarabağda görülən işlərə profilli beynəlxalq strukturların qoşulmasını yararlı sayırıq. Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ və ona bitişik bölgələrdə fəal iş aparır. BMT-nin ixtisaslaşmış agentliklərinə gəlincə, qurum rəhbərliyi Azərbaycan və Ermənistanla əlaqə saxlayır və Dağlıq Qarabağa hərtərəfli qiymətləndirmə missiyasının göndərilməsi üçün danışıqlar aparır”, - XİN sözçüsü vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Rusiya BMT-nin rəsmi Bakı və Yerevan ilə humanitar yardım məsələləri üzrə təmaslarını dəstəkləyir.

Demokrat.az

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top