Mesut Özil: "Azərbaycana məni dəstəklədikləri üçün təşəkkür edirəm"

İDMAN 27 yan 2021, 17:36
Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə təqdimat mərasimində açıqlama verib.

"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top