Xəzərdə suyun enməsi daha da intensivləşib

SOSİAL 25 yan 2021, 08:56
Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.

Demokrat.az
xəbər verir ki, bu barədə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib.

O, qeyd edib ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur. Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha şiddətli büruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında öz rolunu oynayıb.

M.İsmayılovun sözlərinə görə, su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin büruzə verəcək.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top