Peskov Putinin miyardlıq sarayından danışıdı: “İngilis dilindən tərcümə və yalandır”

DÜNYA 24 yan 2021, 20:06
Prezidentin mətbuat katibi ruslara "başları ilə düşünməyi" tövsiyə edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə "Vladimir Putinin Gəlincikdəki sarayı ilə bağlı araşdırılma" aparıldığından əvvəldən xəbərdar olduqlarını söyləyib. Onun sözlərinə görə, bu cür "ifşa" ların məqsədi vəziyyəti gərginləşdirməyə yönəlsə də, "ağ yalanlar" dır.

"Putinin Gəlincikdə  sarayı yoxdur" dedi Peskov, Rusiya televiziyasının  efirində deyib. Mətbuat katibi əlavə edib ki, Gəlincikdə bəlkə də belə bir saray var və xüsusi mülkiyyətdir. Peskova görə, bu hansısa iş adamının əmlakı  ola bilər.



Peskov işarə edib ki, material xaricdə və ingilis dilində hazırlanıb və yayılan materialda bəzi tərcümə xətaları da buna sübutdur. Mətbuat katibi deyib ki, kadrlardan birində üzgüçülük hovuzu və Putinin guya orada üzdüyü təəssüratı yaradılmağa çalışılıb ki, bu da aşkar montajdır və tamaşaçılar bunu çətinlik çəkmədən aydınlaşdıra bilərlər. 

“Əslində, o üzmə fotoşəkili 2006-cı ildə Putin soyuq Yeniseydə üzərkən çəkilib” deyə, Peskov vurğulayıb. O, ruslara "başları ilə düşünməyi ... və kimsənin onları axmaq yerinə qoymalarına icazə verməmələrini" tövsiyə edib.


Yada salaq ki, Aleksey Navalnının Antikorrupsiya Fondu sözgedən materialı yanvarın 19-da araşdırma yayıb. “Putin üçün saray” adlanan araşdırmada iddia olunur ki, Qara dənizin eksklüziv "Gəlincik" buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar). Məlumata görə, ərazidə kilsə, 2.500 kvadrat metrlik istixana, amfiteatr, bir neçə yaşayış binası və sahilə aparan xüsusi tunel var.

Sarayın ərazisi 17 min 691 kv. metrdir, orada ev teatrı, bar, kazino, oyun avtomatları olan lobbi, üzgüçülük hovuzu yerləşir. Araşdırmada əmlakın içindən ilk dəfə yayıldığı bildirilən fotolar da yer alıb.  Tədqiqatda deyilir ki, əmlak hazırda “Binom” adlı şirkətə məxsusdur, şirkəti isə Putinin bacısı oğlu Mixail Şelomova yaxın şəxslər idarə edir. Ancaq araşdırmada əmlakın əsl sahibinin Putin olduğu iddia edilir. /musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top