Bakıda qadına təcavüz edildi

KRİMİNAL 22 yan 2021, 14:03
Bakıda qadına təcavüz edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Bakı şəhər sakini Samir Süleyman oğlu qadına təcavüz edib. Təcavüzə məruz qalan qadın polisə şikayət edib.

Bildirib ki, Samir ona zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Samir Süleymanoğlunun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Nizami rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq gedir.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top