Putinin şərəfinə keçiriləcək yarış təxirə salındı

İDMAN 20 yanvar 2021, 19:46
Rusiya Prezidenti Vladimir Putinin şərəfinə Yaponiyada keçirilən ənənəvi sambo çempionatı təxirə salınıb.

Bu barədə TASS-a turnirin İcraiyyə Komitəsinin sədri, Yaponiya Sambo Federasiyasının vitse-prezidenti Nobuyuki Asai bildirib.

O, fevralın 7-də Yaponiyanın paytaxtı Tokioda baş tutacaq yarışın koronavirusun ölkə ərazisində yayılması səbəbindən iyulun 25-nə təxirə salındığını açıqlayıb. 23 iyul - 8 avqust tarixlərində isə Tokioda Yay Olimpiya Oyunları keçiriləcək.

Qeyd edək ki, əvvəlki analoji yarış 46-cı Yaponiya çempionatı olub və səkkizinci dəfə Rusiya Prezidenti Kuboku adlandırılıb. Ötən ilin fevralında baş tutmuş son yarışda təxminən 100 idmançı iştirak edib.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top