İradə Gülməmmədova Sarayda sakinlərlə görüşdü — FOTOLAR


SOSİAL 14 yan 2021, 16:21
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədi ilə əraziyə baxış keçirib. İcra başçısına bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır, küçələr asfaltlanır. 

Demokrat.az xəbər verir ki, hazırda Sarayın 7 küçəsində - Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi  küçələrində asfaltlanma işləri həyata keçirilir. Ümumi uzunluğu 4 km təşkil edən layihə çərçivəsində 21 min kvadratmetr sahəyə  asfalt örtüyü çəkiləcək. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Bundan əlavə Saray Bələdiyyəsi tərəfindən qəsəbədaxili küçələrə çınqıl daşlar tökülərək yayılıb, sakinlərin rahat gediş-gəlişi təmin edilib. 

Sonra qəsəbə sakinləri ilə görüşən İ.Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Qəsəbədə həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər. 


 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top