10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin edilmədi

KRİMİNAL 25 dek 2020, 13:54
Bakı Apelyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı birinci intansiya məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Demokrat.az xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ. Süleymanovun şikayəti təmin edilməyib. 

Xatırladaq ki, bir necə gün əvvəl Nəsimi rayon Məhkəməsində İ. Süleymanovun həbs qətimkan tədbirinin müddəti 1 ay 13 gün artırılıb.

Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top