190 manatla bağlı AÇIQLAMA


SOSİAL 23 dek 2020, 11:43
“Pandemiya ili ağır oldu və ilin əvvəlində hökumət tərəfindən sosial sahəyə dair xüsusi paket qəbul olunub. Bu, ümumilikdə 12 sosial tədbiri özündə ehtiva edirdi”.

Demokrat.az
xəbər verir ki, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. 

Onun sözlərinə görə, bu məqsədlə ilkin olaraq 600 milyon manat ayrılmışdı: “Bu, çox geniş miqyaslı paket oldu və ölkənin təqribən 48 faizini əhatə edib. Amma bilirik ki, pandemiya dalğavari cərəyan edir və hazırda yenidən sərtləşdirilmiş karantin rejimindəyik. Yenidən gəlir yerlərini itirmiş 600 min vətəndaşa əlavə olaraq 120 milyona yaxın vəsait ayrılacaq ki, onlara birdəfəlik müavinətlər ödənilsin”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top