Azərbaycanlılara işgəncə verən erməni barəsində həbs qətimkan tədbiri seçildi


KRİMİNAL 22 dek 2020, 17:57
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Demokrat.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə həbs qətimkan tədbiri seçilib.

Ermənistan tərəfində əsir olan azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top