Qazi Xaliq İsgəndərli: “Dedim komandir, ayaqlarım yoxdur” — VİDEO

GÜNDƏM 21 dek 2020, 16:37
Xaliq İsgəndərli Daşkəsənin Bayan kəndində dünyaya göz açıb. Vətən müharibəsi başlayanda hamı kimi o da düşünmədən döyüşlərə qatılıb. 

Baku TV xəbər verir ki, qazimiz Şuşakənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib, əvvəl bir ayağından, sonra isə digər ayağından yaralanıb. Doqquz saat yaralı halda qalıb.

Unuda bilmədiyi anlardan biri də yaralı vəziyyətdə komandirinin onu və digər əsgərləri döyüş nöqtəsindən çıxarması olub: 

“Hamının əhval ruhiyyəsi çox yaxşı idi, hamı döyüşə hazır idi. İrəli getdikcə sevinirdik. Şuşakənd istiqamətində gedən döyüşlərdə hər iki ayağımdan yara aldım. Əsgər yoldaşlarım və komandirim məni saldılar səngərə, doqquz saat orada qaldım. Komandirim gəldi, dedim komandir ayağım yoxdur, dedi “narahat olma ayağın yerindədir, səni buradan çıxaracağıq”.

X.İsgəndərlinin ailəsi Birinci Qarabağ döyüşlərində Vətənə şəhid verib. Qardaşını itirən qazimizin atası artıq qürur duyur. O, Vətən oğulları sayəsində xalqımızın qisasının alındığı üçün sevinclidir. 
 


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top