Rusiya Xankəndində yaşayan ermənilərə 7 vaqon yardım göndərdi

QARABAĞ 21 dek 2020, 15:55
Rusiya hökuməti Xankəndində yaşayan ermənilərə 7 vaqon humanitar yardım göndərib. 

Demokrat.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, humanitar yardım artıq Xankəndinə çatdırılıb, oradan isə ermənilərə paylanılacaq. 

“Bu, Rusiya Fövqəladə Hallar Nazirliyinin ikinci humanitar yardımıdır. İndiyədək Dağlıq Qarabağa 54 yardım vaqonu göndərilib”,- deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, humanitar yardım Rusiya prezidenti Vladimir Putinin qərarları ilə həyata keçirilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top