İki aydır axtarılan əsgərimizin şəhid xəbəri gəldi — FOTO

SOSİAL 20 dek 2020, 23:17
Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş əsgər Qənbərli Vüsal İlkin oğlu dəfn edilib.

Demokrat.az xəbər verir ki, əvvəlcə rayonun Günəşli kəndində şəhidlə vida mərasimi keçirilib.

Sonra Vüsal Qənbərli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri və rayon rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Şəhidimiz Vətən müharibəsinə könüllü olaraq qatılmışdı və 2 aya yaxın idi ki, itkin hesab edilirdi (report).

Allah rəhmət eləsin!




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top