"Siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolu olub" — İlham Əliyev


QARABAĞ 18 dek 2020, 20:58
"Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi “İrəli!” əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi".

Demokrat.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışarkən bildirib.

“Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin fəal iştirakı imzalanmış üçtərəfli bəyanatı xatırladan Prezident İlham Əliyev deyib: “Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış həmin bəyanatın mətni dərc edilib və əminəm ki, həmkarlarım bu mətnlə tanış olublar. Orada çox mühüm bəndlər var. O cümlədən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir hissəsinin azad edilməsi nəzərdə tutulurdu. Razılaşmanın bəndləri yerinə yetirilib. Onu da deməliyəm ki, fəal hərbi əməliyyatlar dövründə mən Vladimir Vladimiroviç Putinlə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmişə əlaqə saxlayırdım. Düşünürəm ki, bu gün siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolu olub. O, daim əlaqədə idi, xüsusən noyabrın 9-da atəşin dayandırılması üçün çox səmərəli və fəal işləyirdi”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top