Erməni diasporunun pulu hara getdi? — İrəvanda yeni qalmaqal

DÜNYA 17 dek 2020, 16:51
Ermənistanda yeni bir qalmaqal başlayıb. “Hayastan” Ümumerməni Fondu İkinci Qarabağ müharibəsi zamanı Paşinyan hökumətinə verdiyi 52 milyard dramdan çox vəsaitin hesabatını istəyir. Məsələ burasındadır ki, bu ianələrin əhəmiyyətli bir hissəsi dövlət büdcəsinə köçürülüb və bunun hansı məqsədlə edildiyi məlum deyil. Bu baxımdan Ermənistan prezidenti, Fondun Qəyyumlar Şurasının sədri Armen Sarkisyan, Fondun vəsaitlərinin xərclənməsinin beynəlxalq auditini keçirməyə çağırıb. Ancaq ianələr hesabına hansı xərclərin həyata keçirildiyi və rəsmi sənədlərdə necə leqallaşdırıldığı qəti bəlli deyil.

1992-ci ildə qurulan “Hayastan” Ümumerməni Fondu özünü Ermənistanın və dünya ermənilərinin inkişafı üçün pan-erməni şəbəkəsi yaratmağa, Ermənistan və Dağlıq Qarabağın mütənasib və davamlı inkişafını təmin edən layihələr həyata keçirməyə çalışan yeganə təşkilat kimi göstərib. Fond 19 ölkədə fəaliyyət göstərən təşkilatların dəstəyi ilə işləyir. Xeyriyyəçilərin coğrafiyası kifayət qədər genişdir. Rusiyada yaşayan milyonçularda Ara Abrahamyan, Samvel Karapetyan, Seyran Karapetyan, Sergey Ambartsumyan, Armen Şahazizyan, Gennadi Stepanyan və başqaları Fonda dəstək verənlər arasındadır. Bundan başqa, Fondun himayədarları arasında amerikalılardan Kirk Kerkoryan, Andranik Bağdasaryan, Albert Boyajyan, Gerard Cafesjyan, Duglas Jackson, Gerald and Patricia Turpanjyan, eləcə də Erməni Apostol Kilsəsinin Şərq Yeparxiyası var. Fransadan Yeznik Mozyan və Riçard Ohannisyan, İngiltərədən Vaçe Manukyan və Karapet Nazaryan kimi tanınmış isimlər tez-tez bu fonda yardımlar edir.

Ümumiyyətlə, Fondun əhatə dairəsi çox genişdir. Harda yaşamasından asılı olmayaraq bütün imkanlı ermənilər davamlı şəkildə bu Fonda yardım ediblər. Bu, bir növ onların vətəndaşlıq borcu səviyyəsinə qalxıb. Məsələn, uzaq Argentinadan Eduardo Eurnekyan, Armen və Nadia Ekzerçyan, İsveçrədən Albert Poqosyan, Belçikadan Jean Poqosyan, Livandan Robert Poqosyan, İrandan Henrik və Adrine Ter- Qukasyan, Braziliyadan Varujan Burmanyan, İsveçrədən Tiqran İzmirlyan, BƏƏ-dən Sarkis Akobyan da ianəçilər sırasında yer alır.

Bundan əlavə, Erməni Apostol Kilsəsi və şəxsən bütün ermənilərin katolikosu Qaregin bu fonda Ermənistanın özündən yardım göstərdilər. Ermənistan hökumətinə naməlum bir məqsədlə köçürülən ianələrlə bağlı bu ilk qalmaqal ilk deyil. Məsələn, 2018-ci ilin yayında “Hayastan”ın direktoru Ara Vardanyan fonda təqdim edilmiş 25 milyon dram (təxminən 51,8 min dollar) nağdlaşdıraraq götürüb. Sonra bəlli olib ki, bu pullar kazinolarda uduzulub. Bundan əvvəl, 2014-cü ilin payızında, Los-Ancelesdə növbəti fandreyzinq telemarafonu ərəfəsində, ianəçilər Ermənistan rəhbərliyindən yardım deyil, oliqarxlardan vergi yığmağı tələbinə qarşı etiraz mitinqi keçirildi. Onlara görə, Ermənistanda büdcəyə ödənilməmiş vergilərin miqdarı ianələr hesabına toplanan vergiləri üstələyir. O zaman Xçak Sosial Demokrat Partiyası idarə heyətinin üzvü Ambik Sarafyan hər il diasporun məyusluğunun artdığını və ianələrə həvəslərin azaldığını söylədi. Burada mühüm rolu Ermənistan rəhbərliyinə inamsızlıq, daxili siyasi vəziyyət, əhalinin çətin sosial vəziyyəti, Ermənistanda hökm sürən cəzasızlıq və ədalətsizlik mühiti, bu inhisarçıların hökmranlığı, oliqarxların nəhəng təsiri və ən əsası hakimiyyətin laqeydliyi mühüm rol oynayırdı.

Hələ də davam edən fandreyz marafonu bu yazı hazırlandığı zaman 170.672.188 dollar toplayıb. Təşkilatın veb saytında deyilir: “Alınan bütün ianələr yalnız humanitar məqsədlər üçün nəzərdə tutulub və qurumun missiyasına və nizamnaməsinə uyğun olaraq paylanacaq.” Əslində, mövcud qalmaqal fondun Ermənistanın hərbi  ehtiyaclarını və ya dövlət büdcəsinin kəsirini örtmək üçün pul xərcləyə bilməməsindən qaynaqlanır. Xüsusən də Ermənistan büdcəsinin köçürülən məbləğlərin konkret hədəfinin bəlli olmaması ciddi narazılıq yaradır. Nəticə etibarilə bu vəsait maaşlar və mükafatlar daxil olmaqla hər hansı bir məqsəd üçün xərcləndiyi ehtimal edilir. Məsələn, gizli terror dəstələrinin saxlanmasına. Çünki erməni terror təşkilatı olan ASALA-nın xaricdəki erməni icmasından necə pul aldığını xatırlamaq kifayətdir. Bu əslində “vor vnezakono” hərəkətləridir. Erməni siyasi hakimiyyəti də terror dəstələrinə ciblərindən pul vermək əvəzinə Fondun vəsaitlərindən bəhrələniblər.

Ona görə də bu məsələ Ermənistan gündəmində gizli, lakin ən çox müzakirə olunan məsələdir.

“Vestnik Kavkaza”, 17 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev (konkret.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top