Futbol tarixinin ən yaxşı hakimi odur

İDMAN 16 dek 2020, 21:42
"France Football" nəşrinin tarixin ən yaxşı futbol hakimi ilə bağlı keçirdiyi sorğunun qalibi Pyerluici Kollina ​olub. 

Demokrat.az xəbər verir ki, italiyalı referi bu ada 140 nəfər jurnalistdən ibarət münsiflər heyətinin səsverməsindən sonra layiq görülüb.

Nominasiyada ikinci yeri ingiltərəli Ken Aston tutub. Üçlüyü fransalı Mişel Votro tamamlayıb.

Qeyd edək ki, Kollina 1998/1999 mövsümündə Çempionlar Liqasının, 2003/2004-də UEFA kubokunun, 2002-ci ildə isə dünya çempionatının final matçlarını idarə edib. İtaliya hakim 6 dəfə dünyanın ən yaxşısı seçilib. Hazırda o, FIFA Hakimlər Komitəsinin rəhbəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top