Saatlıda daş hasarın aşması sakinləri qazsız qoydu — FOTO

HADİSƏ 15 dek 2020, 21:45
Bu gün axşam saatlarında Saatlı rayonu H.Əliyev prospektində diametri 76 mm olan qaz xətti daş hasarın aşması nəticəsində zədələnib.

"Azəriqaz"dan Demokrat.az-a verilən məlumata görə, nəticədə 80 fərdi yaşayış evinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bir qədər sonra hələlik 70 abonentin qaz təminatını bərpa etmək mümkün olub. Bundan başa 4 qaz sayğacı yararsız vəziyyətə düşüb.

Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional qaz istismarı İdarəsi müvafiq tədbirləri icra edir.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top