Mübariz İbrahimov kimi qəhrəman olmağı arzulayan “Qarabağ” ordenli şəhidimiz — VİDEO


GÜNDƏM 14 dek 2020, 17:03
Vətən müharibəsində göstərdiyi igidliyə görə Ali Baş Komandanın ən ali mükafatla təltif etdiyi hərbçilərimiz sırasında biləsuvarlı şəhid Məhəmməd Əmənovun da adı var. 

Baku TV xəbər verir ki, o, döyüş meydanında göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə mükafatlandırılıb.

Vətənpərvərlik ruhu Məhəmməddə Milli Qəhrəman Mübariz İbrahimova olan dərin ehtiramdan yaranmışdı. 

Biləsuvarın Bağbanlar kəndində dünyaya göz açan 26 yaşlı Məhəmməd həmyerlisi Mübariz İbrahimovun şücaəti barədə çox eşidib, atasına özünün Mübariz kimi qəhrəman olacağını deyirdi. Elə ona görə də hərbi xidməti başa vurduqdan sonra yenidən sənədlərini hərbi hissələrdən birinə verib, gizir kimi Vətənin keşiyində durdu. 

İlk döyüşə sentyabrın 27-də Goranboy istiqamətində tank heyətinin komandiri kim qatılıb. Atası deyib ki, döyüşlərə birlikdə getdiyi əsgər dostu da tank heyətinin komandiri kimi Qubadlı istiqamətində döyüşürdü. 

Dostu şəhid olan gün Məhəmməd atası İltizam Əmənova zəng edərək əsgər dostunu soruşur, onun yaralandığını öyrənən Məhəmmədin gözləri yaşarır və atasına son vəsiyyətini edir: 

“Mənə zəng elədi, dedi ki, ata, eşitdiyimə görə mənim dostum Həsənli Telman şəhid olub”.

İlk dəfə Aprel döyüşlərində iştirak edən Məhəmməd silahdaşları ilə birgə düşmənə ağır zərbələr vuraraq özünü igid döyüşçü kimi təsdiqləyir. 

Məhəmməd Əmənov sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 19-da danışıb. Bir gün sonra ağır döyüşə qatılacaqlarını deyən Məhəmməd anasına şəhid olarsa, ağlamamasını tapşırmışdı.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top