Ermənistanda koronavirusdan ölənlərin sayı 2 462-yə çatdı

DÜNYA 12 dek 2020, 11:47
Ermənistanda daha 995 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 147 312 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 17 nəfər artaraq 2 462-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 612-yə yüksəlib. İndiyədək 124 521 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 19 714 aktiv koronavirus xəstəsi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top