İran Milli Təhlükəsizlik Ali Şurasının katibi: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən məmnunuq”

XARİCİ SİYASƏT 09 dek 2020, 18:40
“İran Azərbaycan xalqı və dövlətinə inkişaf yolunda müvəffəqiyyətlər arzulayır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali rəhbərinin nümayəndəsi və İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O bildirib ki, İran işğal olunan Azərbaycan ərazilərinin azad edilməsindən məmnundur.

Tehran-Bakı münasibətlərinin maksimum səviyyəyə yüksəlməli olduğunu deyən Ə. Şəmxani ikitərəfli anlaşmaların icrası və birgə layihələrin başa çatdırılması üçün addımlar atılmasının və bununla yanaşı, müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının zəruriliyini vurğulayıb.

O əlavə edib ki, İran azad olunan ərazilərin bərpa olunmasında iştirak etməkdə maraqlıdır.

C. Bayramov isə öz növbəsində İranın Ali rəhbərinin Qarabağ böhranı ilə bağlı tutduğu müdrik mövqeyə görə təşəkkür edib.

Azərbaycanın xarici işlər naziri hər iki ölkənin rəhbərlərinin Bakı və Tehran arasında əlaqələri möhkəmləndirmək və inkişaf etdirməkdə iradəli olduqlarını vurğulayıb.

“Azərbaycan müxtəlif sahələrdə İranla münasibətlərini inkişaf etdirməyə hazırdır”, - deyə C. Bayramov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top