Qızının yuxusunda gülümsəyən şəhidimiz — VİDEO

GÜNDƏM 09 dek 2020, 13:37
Quba rayonunun Alpan kənd sakini 34 yaşlı kapitan Aqil Məlikov da torpaqlarımız uğrundan canından keçən qəhrəmanlarımızdandır.

Baku TV xəbər verir ki, hərbi sahədə təhsil alan A.Məlikov 2009-cu ildən ordu sıralarında xidmətə başlayıb. Daim ön cəbhədə xidmət aparan qəhrəmanımız Aprel döyüşlərində şücaət göstərib.

Vətən müharibəsinin elə ilk günündən o qəhrəmanlığı ilə seçilib, Füzuli şəhəri uğrunda gedən döyüşlərdə döyüş yoldaşları ilə birlikdə üç kəndi işğaldan azad edib.

İki övlad atası olan A.Məlikovun qızı deyib ki, atası həmişə torpaqlarımızı azad edəcəyindən danışırdı. 

“Onun arzusu çin oldu, indi atamın yeri rahatdır, üzü gülür.”

Qeyd edək ki, kapitan rütbəsini daşıyan A.Məlikova ölümündən sonra mayor hərbi rütbəsi verilib.

O, həmçinin xidməti dövründə bir sıra medallarla təltif edillib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top