Final qida markasından qalib əsgərlərimizə dəstək — FOTOLAR

SOSİAL 09 dek 2020, 12:35
44 gün davam edən Vətən müharibəsi müzəffər ordumuzun şanlı qələbəsi ilə bitdi. Azərbaycan xalqı arxa cəbhədə göstərdiyi birliklə, mətanətlə bütün bu günlər ərzində ürəklə ordumuzun qələbəsinə inandı, birlik nümayiş etdirdi. Final qida markası həm döyüşlərin davam etdiyi vaxtda, həm də qələbəmizi bayram etdiyimiz bu günlərdə əsgərlərimizin və onların ailələrinin yanındadır. 

Final qida markası Xalqımızın haqq davası uğruna canlarını düşünmədən fəda etməyə hazır olan müzəffər ordumuzun əsgərlərinə də dəstək oldu ! Qalibiyyətlə evlərinə dönən əsgərlərimizin və onların ailələrinin maddi ehtiyaclarına dəstək olmaq üçün Final qida markası aztəminatlı əsgər ailələrinə ümumilikdə 100 min manat dəyərində alış-veriş kartı təqdim edir. 

Final qida markası təşəbbüsü ilə başlayan bu kampaniya çərçivəsində Şəmkir, Tovuz, Gəncə və Bərdə şəhərlərindən aztəminatlı ailələrə edilən yardımlar xalqın sevimli sənətkarı Roza Zərgərlinin simanında təqdim edilib. Aztəminatlı ailələrin yanında olmağa davam edən Final qida markası digər bölgələrə də ziyarətlərini davam etdirəcək. 

Azərbaycanın ilk yerli qida markalarından biri olaraq xalqımızın ən çətin günlərindən bu yana qida təminatı missiyasını öhdəsinə götürmüb, ləyaqətlə yerinə  yetirib və bunu davam etdirir.  

İllərdir Sizinlə olan Final Ürəklə Sizinlə olmağa davam edir.

No description available.

No description available.

No description available.No description available.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top