Tarif Şurasından koronavirus müalicəsində istifadə olunan dərmanların bahalaşmasına MÜNASİBƏT

GÜNDƏM 09 dek 2020, 11:27
Sosial şəbəkələrdə koronaviruslu xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının bahalaşması ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, bu xəstəliyin müalicəsində istifadə olunan “Arbidol” və digər dərman preparatlarının bazarda qiyməti kəskin artırılır və apteklərdə çətin tapılır. Həmçinin “Arbidol”un 150 manata satıldığı qeyd edilir.

İqtisadçı Qubad İbadoğlu iddia edib ki, koronaviruslu xəstələrin müalicəsində istifadə olunan “Favipiravir” adlı dərmanı 750 manata satılır. Bu dərman çox vaxt apteklərdə tapılmır.  

Məsələ ilə bağlı “MediaPost”un dərmanların qiyməti ilə bağlı Tarif (qiymət) Şurasına ünvanladığı sorğuya isə belə cavab verilib: "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Tarif (qiymət) Şurası tərəfindən yalnız dövlət qeydiyyatına alınaraq dərman vasitələrinin Reyestrinə daxil edilmiş dərman vasitələrinin qiyməti tənzimlənir.   “Favipiravir” dərman vasitəsi dövlət qeydiyyatına alınmadığına görə Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənməyib.   “Arbidol” dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən pərakəndə satış qiyməti təsiredici maddəsi, dozası, ticarət qablaşdırması, istehsal ölkəsi nəzərə alınmaqla 4,73-29 manat, 56 manat (ƏDV daxil olmaqla) arasında dəyişir.   Qiymət tənzimlənməsi aparılmış dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib (http://tariff.gov.az/documents/DVA.pdf)".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top