Erməni vəkillər də Paşinyanın istefası tələbinə qoşuldu

DÜNYA 09 dek 2020, 00:25
Ermənistanda 500-dən çox vəkil baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın Vəkillər Palatasının sədri Ara Zohrabyan “Facebook” səhifəsində yazıb.

Zohrabyan Paşinyan və komandasının səhvlərini sadalayaraq onu məhkəmələrin işinə müdaxilədə, hakimlərin həbsində, vəkillərin və jurnalistlərin fəaliyyətinə təzyiq göstərməkdə ittiham edib.

Palata sədrinin sözlərinə görə, baş nazirin komandası heç bir əsas olmadan fövqəladə və hərbi vəziyyətin uzadılması haqda qərar qəbul edib./“Qafqazinfo”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top