Ötən gün yaşayış yerini tərk edən 16 nəfər koronavirus xəstəsi saxlanıldı

HADİSƏ 08 dek 2020, 12:11
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 7-də 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 13 nəfəri evlərinə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdən 13-ü barəsində müvafiq polis rayon idarə şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top