İtaliyalı deputat: "Azərbaycan ilə münasibətləri daha da şaxələndirmək fikrindəyik"

XARİCİ SİYASƏT 07 dek 2020, 17:26
“Bizim aramızdakı dostluq, onun əlamətləri son illərdə xüsusi olaraq öz təzahürünü tapıb. Əslində, ölkələrimiz arasındakı səfərlərə gəldikdə, bu səfərlər çox yüksək səviyyədə təşkil olunmuşdur. İtaliya Respublikası Prezidentinin Sizin ölkənizə rəsmi səfəri münasibətlərimizin inkişafında çox mühüm bir addıma çevrildi”.

Demokrat.az xəbər verir ki, bunu İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

“Sizin də Romaya etdiyiniz dövlət səfəri də bizim tərəfimizdən strateji əhəmiyyət kəsb edən bir hadisə kimi qəbul olunur. Biz də Sizə dost olaraq bilirik ki, səfər çərçivəsində bir çox razılaşmalar və xüsusən də, strateji tərəfdaşlıq haqqında mühüm sənəd imzalanıb. Əslində, bunlar elə sazişlərdir ki, onlarda çox konkret öhdəliklər və olduqca vacib mahiyyət əks olunubdur.

Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Belə bir keşməkeşli vaxtlarda enerji təhlükəsizliyini etimad göstərib o ölkəyə həvalə edə bilirik ki, o ölkə ilə həqiqətən dostluq münasibətləri olsun. Biz bu dostluğu daha da gücləndirmək istəyirik və münasibətlərimizi daha da şaxələndirmək fikrindəyik”, - o bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top