"Azərsu"nun 10,5 milyon manatlıq tenderini bu şirkət uddu


SOSİAL 05 dek 2020, 17:30
"Azərsu" ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az xəbər verir ki, "Azərsu" ASC -nin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satın alınması məqsədəilə  keçirilən tenderin qalibi "Az-Mer Group” MMC olib.

"Az-Mer Group” MMC qeyd olunan işləri həyata keçirmək üçün "Azərsu" ASC -dən 10 milyon 532 min 655 manat 34 qəpik alacaq. 

Məlumat üçün qeyd edək ki, "Az-Mer Group” MMC 14.05.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mətbuat pr., ev 46, m. 3- də yerləşir. Qanuni təmsilçisi Sinan Dumandır.

Onu da qeyd edək ki, Heydər Əliyev prospektində inşa olunan "Azərsu" ASC -nin yeni inzibati binasının forması damcı şəklində olub 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Layihəyə görə, hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36 min 326 m2 nəzərdə tutulub.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top