Sosial

"Azərsu"nun 10,5 milyon manatlıq tenderini bu şirkət uddu

Azərsunun 10,5 milyon manatlıq tenderini bu şirkət uddu

"Azərsu" ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az xəbər verir ki, "Azərsu" ASC -nin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satın alınması məqsədəilə keçirilən tenderin qalibi "Az-Mer Group” MMC olib.

"Az-Mer Group” MMC qeyd olunan işləri həyata keçirmək üçün "Azərsu" ASC -dən 10 milyon 532 min 655 manat 34 qəpik alacaq.

Məlumat üçün qeyd edək ki, "Az-Mer Group” MMC 14.05.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mətbuat pr., ev 46, m. 3- də yerləşir. Qanuni təmsilçisi Sinan Dumandır.

Onu da qeyd edək ki, Heydər Əliyev prospektində inşa olunan "Azərsu" ASC -nin yeni inzibati binasının forması damcı şəklində olub 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Layihəyə görə, hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36 min 326 m2 nəzərdə tutulub.

D
demokrat.az