İsveç XİN Qarabağda hərbi əməliyyatların sona çatmasını alqışlayır

QARABAĞ 03 dek 2020, 18:33
İsveçin xarici işlər naziri Ann Linde Dağlıq Qarabağla bağlı noyabrın 10-da imzalanan bəyanatı yüksək qiymətləndirib.

Demokrat.az xəbər verir ki, o, bu barədə ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi və bu münaqişənin səbəb olduğu faciəvi insan tələfatı həll olunmamış münaqişələrə xas risklərdir. Ümid edirik ki, atəşkəs razılaşması ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqlar insanların əzab çəkməsinin qarşısını alacaq davamlı siyasi həll yoluna gətirib çıxaracaq”, - A.Linde bildirib.

İsveç XİN başçısı həmçinin bu ölkənin gələn il ATƏT-ə sədrliyinin prioritetlərini açıqlayıb. “İnsan hüquqları və gender bərabərliyi sahəsində demokratiyaya xüsusi diqqət ayırırıq və regionumuzdakı münaqişələrin həllinə töhfəmizi veririk. Bu hədəflərə çatmaq üçün hamınızla birlikdə çalışmağı səbirsizliklə gözləyirəm”, - deyə o çıxışını yekunlaşdırıb.

Xatırladaq ki, 1 yanvar 2021-ci il tarixdən ATƏT-də sədrlik Albaniyadan İsveçə keçəcək.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top