Masallıda həbs olunan məmurlarla bağlı SON QƏRAR

KRİMİNAL 29 noy 2020, 19:27
Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Demokrat.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, istintaq orqanını vəsatəti təmin olunub və Sübhan Zalıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu qərardan narazı qalan Sübhan Zalıyev apelyasiya şikayəti verib. O, şikayətində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Sübhan Zalıyevin barəsində verilən şikayət təmin olunmayıb.

Sübhan Zalıyevlə birlikdə həbs olunan Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılıb.

Vəsatəti araşdıran hakim sonda qərar elan edib. Qərara görə, istintaq orqanını vəsatəti təmin olunub və Əziz Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.


İttihama görə, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23 iyul 2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Bundan əlavə, 23 iyul 2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıblar.

25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir./Teleqraf.com

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yan 2021, 21:40
Top