Qurban Qurbanov koronavirusa yoluxub YENİLƏNİB

İDMAN 29 noy 2020, 18:43
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.



16:51

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada yer almayıb.


Demokrat.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

Amma bunun koronavirusla bağlı olmadığı bildirilib.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

Qeyd edək ki, “Qarabağ”ı “Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb. /Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top