Baş infeksionistdən koronavirusla bağlı tövsiyə: "Bərk danışmayın"

SOSİAL 24 noy 2020, 10:40

Koronavirusdan qorunmaq üçün sadə qaydalara riayət etmək heç də çətin deyil. Əsas onları bilməkdir. Bəs bilirsiniz ki, qapalı məkanda hətta hündürdən danışarkən virus hissəcikləri ətrafa yayılır? Çünki hazırda hava soyuduğundan biz otaqları qızdırıcı sistemlərlə isidirik və havalandırmırıq. Belə mühitdə sıx təmaslar olursa, koronavirusa yoluxma ehtimalı da çoxalır.

 
Qapalı məkanlarda, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta hündürdən danışdıqda da, virus hissəcikləri ətrafa yayılır.

 
Bu, o deməkdir ki, belə şəraitdə həmin hissəciklər daha uzun müddət havada qalaraq, daha aralıda olan insanları yoluxdura bilər. Baş infeksionist Təyyar Eyvazov belə deyir.

 
Təyyar Eyvazov qriplə koronavirus arasında oxşar əlamətlərdən də danışıb. Amma istənılən halda özünüzdə ilkin əlamətlər hiss etsəniz özünü müalicəyə başlamaq yolverilməzdir.

 
COVID-19-la mübarizədə əsas silahımız qoruyucu tədbirlərə ciddi riayət etməkdir. Sağlam olun.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top