Ana Vətən Partiyasının VII Qurultayı videokonfrans formatında keçirildi


SİYASƏT 23 noy 2020, 17:21

Ana Vətən Partiyasının VII Qurultayı videokonfrans formatında keçirilib. Qurultayda rayon və şəhər təşkilatından seçilən nümayəndələr iştirak edi.


Demokrat.az xəbər verir ki, qurultayı giriş nitqi ilə açan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bütün iştrakçıları salamlayıb, qurultayın gedişinə uğurlar diləyib, VI qurultaydan keçən dövrə lokonil şəkildə yekun vurub, Vətən müharibəsində vandal düşmən üzərində qələbə münasibətilə qurultay nümayəndələrini təbrik etdi və pandemiyanın yaratdığı ciddi məhdudiyyətlərə görə VII qurultayın online formatda keçiridiyinin qaçılmaz olduğunu vurğulayıb.


Qurultaya Mərkəzi Şuranın hesabatını Mərkəzi Aparatın rəhbəri Elçin Ağamalı təqdim edib.


Hesabat ətrafında Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimov, Ali Məclisinin sədri Rəşadət Yaqublu, Sumqayıt şəhər təşkilatından Əhməd Quliyev, Şabran rayon təşkilatından Nazim Muradəlizadə, Qubadlı rayon təşkilatından Səbinə Kərimova, Bərdə rayon təşkilatından Orxan Əhmədov, Zərdab rayon Təşkilatından Coşqun Məmmədov çıxış edib.


Nəzarət Təftiş Komissiyasının hesabatını komissiyanın sədri Ülvi Bayramov təqdim edib. 


Qurultayda təşkilat məsələlərinə də baxılıb.


Fəzail Ağamalı Ana Vətən Partiyasının sədri, Elçin Ağamalı sədrin Təşkilati məsələlər üzrə müavini, Arzuman AbdulkərimovSiyasi məsələlər üzrə müavini,  Yalçın Hacızadə Hüquq məsələləri üzrə müavini, Rəşadət Yaqublu Ali Məclisin sədri, Günay Ağamalı Qadınlar Şurası İdarə Heyyətinin sədri, Səbinə Kərimova Qadənlar Şurasıİdarə Heyyətinin sədr müavini seçiliblər.


Qurultayda Ana Vətən Partiyasının bəyanatı səsləndirildi və səsə qoyularaq qəbul olunub.


Bəyanatda deyilir:


Ana Vətən Partiyasının VI qurultayından keçən zaman kəsiyində ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında ciddi uğurlara imza atılmış, dövlətçiliyimizin güclənməsində, onun beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli irəliləyişlər qazanılmışdır.


Möhtərəm, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən, dövlətimizin və xalqımızın maraqlarına xidmət edən siyasət ölkəmizi Dünya miqyasında baş verən iqtisadi-siyasi kataklizmlərin ağır nəticələrindən qoruya bilmiş, maliyyə sabitliyimiz, davamlı iqtisadi inkişafımız vəəhalinin sosial durmunun yaxşılaşdırılması təmin edilmişdir.


2018-ci ildə xalqımızın yüksək etimadını qazanaraq yenidən prezident seçilən cənab İlham Əliyevin təşəbbüsülə aparılan və cəmiyyətimizin, dövlətimizin bütün sahələrini əhatə edən geniş xarakter daşıyan islahatlar Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmışdır.


2020-ci ilin fevralında Milli Məclisə keçirilən seçkilər islahatların tərkib hissəsi kimi dövlətçiliyimizin inkişafına öz töhvələrini verməkdədir.


Təəssüf ki, 2020-ci ilin əvvəllərindən bütün Dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən Covid-19 virusu ölkəmiz üçün də ciddi təhlükələr yaratdı və bu dəhşətli bəlanın genişlənməsinin qarşısını almaq məqsədilə ölkə prezidenti səviyyəsində ciddi, qabaqlayıcı tədbirlərə start verildi. Operativ qərargah yaradıldı, dövlətin bütün potensial səfərbərliyə alındı. Həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədi.


Ana Vətən Partiyası pandemiya başladığı andan Salyan və Neftçala rayonlarının əhalisi arasında olmuş, az təminatlı ailələrəərzaq və tibb avadanlıqların paylanmasında, maariflənmə işinin aparılmasında fəal iştirak etmişdir. 


VI qurultaydan keçən zaman kəsiyində partiyamız ardıcıl və sistemli olaraq Anti-Azərbaycan və onun içərisində yer olan anti-milli qüvvələrə qarşı mübarizə aparmış, dövlətçilik mövqeyində prinsipiallıq xəttini davam etdirmişdir.


2020-ci ilin iyul və sentyabr aylarında təcavüzkar Ermənistanın Tovuz rayonu istiqamətində və işğala məruz qalmış ərazimizdə törətdiyi təxribatlara qarşı Silahlı Qüvvələrimizin əks-hücumları bütün xalqımız kimi Ana Vətənçilər tərəfindən də yüksək qiymətləndirilmişdir. Xüsusilə, erməni vandallarına qarşı sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun göstərdiyi qəhrəmanlıq və düşmənə vurulan ölümcül zərbələr partiyamız tərəfindən yüksək dəyərləndirilmiş və böyük coşqu ilə qarşılanmışdır. Partiya üzvləri 44 günlük Vətən müharibəsində istər ön, istəsə də arxa cəbhədə ümumxalq mübarizəsinin içərisində yer almış, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandanımız və ordumuzla birgə olduğumuz haqqında bəyanatına, düşmən üzərində tarixi qələbimizlə bağlı ölkə prezidentinə ünvanlanan müraciətə imza atmış, partiya sədri, sədrin müavinləri və partiya üzvləri internet resursları vasitəsilə informasiya müharibəsində fəal iştirak etmişlər.


Partiya sədrinin imzası ilə işğalçı Ermənistanın vandal əməllərini, ölkəmizə və xalqımıza qarşı yönəltdiyi vəhşilikləri və Azərbaycanın apardığı ədalətli Vətən müharibəsi haqqında Dünyanın 80 ölkəsində fəaliyyət göstərən 150-dən artıq siyasi partiyaya, çoxsaylı Beynəlxalq təşkilatlara ingilis və rus dillərində müraciət ünvanlamış, haqq işimizi müdafiə edən qardaş Türkiyənin və Rusiyanın partiya rəhbərlərinə, ictimai xadimlərinə və jurnalistlərinə təşəkkür məktubu göndərmişdir.


Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin, Xocavənd rayonunun xeyli hissəsinin, Xocalının, Tərtərin, Laçının bir sıra kəndlərinin və nəhayət, tarixi şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşanın igid və qəhrəman əsgər və zabitlərimiz tərəfindən işğalçılardan təmizlənməsi, Kəlbəcərin, Ağdamın və Laçının döyüş aparmadan Azərbaycana qaytarılması və Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan düşmən ölkənin kaputilasiya aktına imza atması xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır. 


Ana Vətən Partiyasının VII qurultayı bəyan edir ki, Azərbaycanı yüksək inkişaf səviyyəsinə qaldıran, Cənubi Qafqazın lider dövlətinə çevirən, onun Dünya miqyasında nüfuzunu durmadan artıran, yağı düşmənin 200 ildən başlayan təcavüzünə qalibiyyətlə son qoyan, ərazi bütövlüyümüzü təmin edən möhtərəm, cənab prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, bundan sonrakı fəaliyyətində də Ulu Öndərimiz Heydər Əliyevin fundamental siyasi irsinə və onu uğurla davam etdirən Milli İftixarımız,möhtərəm, cənab prezident İlham Əliyevin siyasi xəttinə sadiq qalacaq, Vətənimizin çiçəklənməsi və dövlətimizin güclənməsi naminə prinsipial mövqeyini davam etdirəcəkdir.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2021, 00:20
Top