Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb

İQTİSADİYYAT 21 noy 2020, 20:51

Bu ilin yanvar-oktyabr aylarında "Azərenerji" ASC 56,8 milyon ABŞ dolları dəyərində 1 188,2 milyon kVt/saat elektrik enerjisi ixrac edib.


Demokrat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,1 milyon ABŞ dolları (9,7 %) və 267,2 mln kVt/saat (18,4 %) azdır.


Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,9 % paya malik olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top