Ermənilər Kəlbəcərdə “qədim tarix” istehsal edirmiş — FOTOFAKT

GÜNDƏM 19 noy 2020, 16:22

Azərbaycan ordusu Kəlbəcərdə “Qədim erməni tarixini” istehsal edən zavod aşkarlayıb.


Bu barədə tanınmış jurnalist, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu (2003-2006) İbrahim Nəbioğlu özünün “Twitter” hesabından fotolar paylaşıb.


O bildirib ki, erməni ustalar yonduqları ornament və xaça qədim görünüş vermək üçün sirkədə saxlayır və oksidləşdirirlər.


“Sonra bu daşları torpağa basdırır, bir müddət sonra isə artıq “tarixi əsərlər” üzə çıxır”, - deyə o bildirib.

 

 

 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top