Levandovski dünyada ilin futbolçusu seçilib

İDMAN 17 noy 2020, 00:35
Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski dünyada ilin futbolçusu seçilib.
 
Demokrat.az-ın məlumatına görə, bu dəfə “Dünya Futbol Zirvəsi” və AS nəşri Polşa millisinin üzvünü bu ada layiq görüb.
 
AS nəşrinin oxucuları və xüsusi seçilmiş münsiflər heyəti arasında aparılan səsvermədə Levandovskini komanda yoldaşı Joşua Kimmix izləyib. “Barselona” klubunun argentinalı kapitanı Lionel Messi ilk “üçlüy”ü qapayıb.
 
Qeyd edək ki, Robert Levandovski 2019/20 mövsümündə  Bundesliqada 30 oyunda 34 qol, Çempionlar Liqasında isə 10 matçda 15 qol vurub. /Apasport.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top