Rusiya və Türkiyə Qarabağla bağlı memorandum imzaladı — YENİLƏNİB + FOTO/VİDEO

GÜNDƏM 11 noy 2020, 23:43

Türkiyənin Müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqu Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar.

 

Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

 

Məlumatda imzalanma mərasimindən fotolar və video da yer alıb.

 

 

 

23:23

 

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu və türkiyəli həmkarı Hulusi Akar Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıb.


“RİA Novosti” bu barədə Rusiya MN-ə istinadən məlumat yayıb.


Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılıqlar və Rusiya sülhməramlılarının yeridilməsi qan tökülməsini dayandırmağa və dinc həyata qayıtmaq üçün şərait yaratmağa imkan verib.


“Rusiya sülhməramlılarının iştirakı böhran regionunda sabitliyi təmin edəcək, qaçqınların axınını dayandıracaq, onların yaşayış yerlərinə qayıtmasına şərait yaradacaq. Ortaq monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin döyüş əməliyyatlarının dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarət etməyə imkan verəcək və uzun müddət davam edən münaqişənin həlli üçün möhkəm bir zəmin yaradacaq”, - deyə S.Şoyqu bildirib. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top