Tramp: “ABŞ xaricdə ağılsız müharibələrə qatılmayacaq”

DÜNYA 22 okt 2020, 18:00

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək seçkilərdə yenidən seçiləcəyi təqdirdə, ölkənin xaricdəki “tamamilə ağılsız” müharibələrə qatılmayacağına və zor gücü ilə sülhə zəmanət verəcəyinə söz verib.


TASS xəbər verir ki, bu barədə Tramp Şimali Karolina ştatınında keçirilən təbliğat kampaniyası zamanı deyib:


“Şəhərlərimizi təhdid edən terrorçulara zərbə vuracağıq və ABŞ-ın xaricdə qəribə, tamamilə ağılsız müharibələrdə iştirak etməsinə yol verməyəcəyik”.


ABŞ lideri bildirib ki, ölkə dünyanın ən güclü hərbi silahlarına malikdir:


“Əgər bu silahlar olmasa, çox ciddi problemlərimiz olar”.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top