Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet səhifəsində yayımlanan məlumata görə, yerli vaxtla saat 10:10-da episentri Aralıq dənizi olan və Marmaris rayonundan 73,68 kilometr məsafədə yerləşən ərazidə 4,1 bal gücündə yeraltı təkan qeydə alınıb.
Bildirilib ki, zəlzələnin ocağı 10,86 kilometr dərinlikdə yerləşib. İlkin məlumata əsasən, hadisə nəticəsində bölgədə hər hansı mənfi hal qeydə alınmayıb.
Qeyd edək ki, avqustun 5-də Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda 3,7 bal gücündə zəlzələ baş vermişdi. Həmin zəlzələnin ocağı 7,03 kilometr dərinlikdə yerləşirdi.
Bundan əvvəl, iyulun 31-də İraqda baş verən 4,0 bal gücündə zəlzələ Türkiyənin Hakkari vilayətində də hiss olunmuşdu.
Jalə
Demokrat.az