Astrologiya dünyasında uzunmüddətli və olduqca mühüm mərhələ start götürüb. Səmada yaralı şəfaçı missiyasını daşıyan Xiron planeti yerini dəyişib. Səma cismi yeddi illik dövrünü tamamlayaraq Qoç bürcünü tərk edib. Astroloqlar planetin rəsmən Buğa bürcünə keçdiyini bəyan ediblər. Bu mühüm kosmik yerdəyişmə cari il iyunun 19-da reallaşıb.
Yeni astroloji mərhələ dörd bürcün nümayəndələrinə daha kəskin təsir göstərəcək. Proses insanların daxili gücünü üzə çıxarmağa kömək edəcək. Köhnə mənəvi yaraların sağalması üçün əlverişli zəmin yaranacaq. Eyni zamanda cəmiyyətdə maddi sabitlik və təhlükəsizlik mövzuları ön plana çıxacaq.
Buğa bürcündən olanlar bu dövrdə ciddi daxili transformasiya mərhələsinə qədəm qoyurlar. Onların gizli qorxuları fəallaşsa da, liderlik keyfiyyətləri güclənəcək. Şirlər isə karyera sahəsində keçmiş uğursuzluq sindromundan tamamilə xilas olacaqlar. Onların peşəkar fəaliyyətdə məsuliyyəti artacaq və layiq olduqları yüksək qiyməti alacaqlar.
Əqrəblər şəxsi münasibətlərdə köhnə etibar problemləri ilə yenidən üzləşməli olacaqlar. Bu proses gələcəkdə daha sağlam ittifaqların qurulmasına xidmət edəcək. Dolçaların isə ailə daxilində uşaqlıqdan qalan mənəvi travmaları tamamilə sağalacaq. Onlar yaxın ətraflarına daha böyük dəstək nümayiş etdirməyə başlayacaqlar.
Beləliklə, yaralı şəfaçı statuslu kosmik cismin bu unikal keçidi bürc nümayəndələrinin həyatında köklü dönüş nöqtəsi rolunu oynayır. Təxminən yeddi il davam edəcək bu dövr ilkin mərhələdə emosional sarsıntılar və qorxuların oyanması ilə müşayiət oluna bilər. Lakin yekunda fərdlərin həm mənəvi baxımdan yetkinləşməsi, həm də maliyyə rifahına qovuşması qaçılmaz xarakter daşıyacaq. Planetlərin bu yeni düzülüşü keçmişin mənfi yüklərindən birdəfəlik xilas olmaq istəyənlər üçün real göy üzü fürsətidir.
İsmayıl Demokrat.az

